“Əl-Qaidə” terror təşkilatının lideri Əyman əl-Zəvahiri son səs yazısında tərəfdarlarına qərblilələri qaçırmaq və girov götürməyə dair çağırış edib.
AranNews-un verdiyi xəbərə görə, O girovları terrorçularla dəyişməyə çağırıb.
Terror təşkilatı lideri Zəvahiri girov götürülən “kafirlərin” son “müsəlman” azad edilənə qədər girovluqda saxlanılmasının lazım olduğunu bildirib.
Qeyd edək ki, Zəvahirinin yaxın günlərdə “Nusra Cəbhəsi” terror təşkilatının “Əl-Qaidə” terror təşkilatından ayrılması barədə çıxış edəcəyi gözlənilir. /Eastnews.org/