Tarix : 2016 Jul 26
Kod 49789

Şeyx Zəkzakinin bir gözü kor, əli və ayağı isə iflic olub

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhəti ilə bağlı Şeyx Zəkzakinin oğlu Məhəmməd Zəkzaki Nigeriya xalqına açıq məktub ünvanlayıb.

AranNews, xəbər verir ki, M. Zəkzaki Şeyx İbrahim Zəkzakinin vəziyyətinin pis olduğunu, Nigeriya hökumətinin onunla maraqlanmadığını vurğulayan Məhəmməd Zəkzaki ictimaiyyəti məsələ qarşısında sakit qalmamağa çağırıb. 

Atası ilə görüşə bilmədiklərini qeyd edən Məhəmməd Zəkzaki tanınmış hüquq müdafiəçilərindən məsələyə biganə qalmamasını istəyib.
Həmin məktubun bir hissəsini təqdim edirik: "Dövlət Xidmətləri İdarəsi (DSS) iddia edir ki, guya mənim atamı qoruma altına alıblar. Guya ki, onun təhlükəsizliyi təhlükədədir və hökumət onu qorumağa borcludur. Ən pisi odur ki, atamın qorunması üçün 5 milyon nayra (Nigeriya milli valyutası) vəsaitin xərcləndiyini bildirirlər. Mən günahsız insanların, o cümlədən 3 qardaşımın qətliamına şahid oldum. Atam və anam düzdür həbsxanada deyillər, lakin rahat və tam təhlükəsiz yerdə də deyillər. Nigeriya ordusu ötən səkkiz ay ərzində minlərlə günahsız insanı, o cümlədən qardaşlarımı, bibimi, qohum-əqrabamın xeylisini qətlə yetirib. Anama 7 dəfə atəş açılıb. Atam bir gözünü itirib, əl və ayaqları iflic olub.
Onlar bu vəziyyətdə belə həkim və hüquqşünasla təmin edilməyiblər. Ötən bu səkkiz ay bizə qarşı ən sərt və pis hərəkətlər olunub. Mənim atama bacarıqlı bir həkimlə görüşdürmək istəyim hər gün DSS tərəfindən təxirə salınır. Ötən səkkiz ayda atamla 4 dəfə görüşə bilmişəm. Sonuncu görüşümdə ictimai rəyi aldatmaq üçün görüşümüzü hökumət qüvvələri tərəfindən kamera ilə çəkilib. Əminəm ki, tezliklə təbliğatın şahidi olacaqsınız. İndiyə kimi atamı və anamı adı və kimliyi məlum olmayan həkim nəzarət edib. Onların səhlənkarlığı nəticəsində atam bir gözünü itirib.
Atamla ailə üzvlərinin görüşü onun üçün nə təhlükə yarada bilər? Həkimin atamı müayinə etməsi və atamın vəkillə təmin olunması onun üçün nə təhlükə yarada bilər? /Maide.Az/



  • Yazılıb
  • da (də) 2016 Jul 26
  • Göndərən مدير سايت Aran News