Dövlət Baxçalı: "Çevrilişi ABŞ-ın hazırlaması sübut olunsa, bu, hər iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olacaq".
Arannews- MHP lideri Dövlət Baxçalı hərbi çevrilişə cəhddə ABŞ-ın əlinin olması ehtimalı ilə bağlı danışıb.Dövlət Baxçalı 15 iyul hadisələrində ABŞ-ın əli olacağı təqdirdə bunun hər iki ölkənin müttəfiqlik münasibətlərinə zərbə vuracağını deyib:
“Əgər hərbi çevrilişə cəhdi CİA və Pentaqon təşkil edibsə, demək, çox ciddi problemimiz var. Çevrilişi ABŞ-ın hazırlaması sübut olunsa, bu, hər iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olacaq”.