Suriya üzrə siyasi ekspert və Suriya parlamentinin sabiq deputatı Zuhair Sərraf Rusiya və ABŞ-ın İŞİD-ə qarşı reallaşdırdığı razılaşmanı şərh edib.
AranNews-un verdiyi xəbərə görə, Zuhair Sərraf bildirib ki, "ABŞ hiyləyə əl ataraq terrorçuların adını dəyişdirir. Bu yolla terrorçuları qorumaq istəyirlər".
İŞİD və "Nusra Cəbhəsi"ə qarşı Rusiya ilə əldə olunan razılaşmaya da toxunan Zuhair Sərraf bununla da Vaşinqtonun terrorçularla mübarizədə tək bacarmayacağını anladığını bildirib. "ABŞ uzun müddət Rusiya ilə kordinasiyaya qarşı çıxdıqdan sonra geri addım atdı. Öz qoruması altında olan qrupları daha yaxşı qorumaq üçün Rusiya və müqavimət cəbhəsinə üz tutdu.
ABŞ "mülayim müxalifət" adlandırdığı terrorçuların vəziyyətini düzəldərək Suriyadakı prosesləri dəyişdirmək istəyir. Buna görə də İŞİD və "Nusra Cəbhəsi"dən başqa heç kimi terrorçu olaraq tanımır. Bu vəziyyət ABŞ-ın Suriyada terrorçuluğa qarşı ciddi olmadığını göstərir" deyə Zuhair Sərraf vurğulayıb.
Cenevrə danışıqlarına da toxunan ekspert belə danışıb: "Suriyada döyüş meydanında baş verən hadisələr, Suriya ordusunun və müttəfiqlərinin qələbələri, Suriya hökumətinin Cenevrə danışıqlarına aparacağı qələbənin sənədidir. Bununla da Suriya hökuməti danışıqlarda güclü oyunçu olacaqdır. Çünki bu ölkənin ordusu müharibə meydanında nəzarəti əlində saxlayıb".
"Suriya hökuməti hakimiyyətini ordusundan, güclü liderliyindən və hadisələr baş verən andan etibarən yanlarında olan xalqından alır.
Müqaviət cəbhəsi hər şeydən əvvəl sionistlərlə vuruşur.
Rusiya da müqavimət cəbhəsi ilə əməkdaşlığını davam etdirir. Terrorçuluq heç bir sərhəd tanımır və dünyanın istənilən bölgəsində özünü biruzə verə bilər", deyə Zuhair Sərraf qeyd edib. /Tasnim/