Fətullah Gülən “New York Times” qəzetində dərc edilən məqalədə Obama rəhbərliyinə mesaj verib.
AranNews-un verdiyi xəbərə görə, 15 iyuldakı dövlət çevrilişi cəhdinin arxasındakı ad olduğu və bu səbəblə də ABŞ-dan qaytarılması istənən Fətullah Gülən “New York Times” qəzetində öz adıyla dərc edilən məqalədə “Qərb demokratiyasının mötədil müsəlmanlara ehtiyac duyduğu bir vaxtda xidmət içindəki mən və dostlarım Qərbin yanında yer aldıq”, deyərək Obama rəhbərliyinə mesaj verib.
Çevrilişə cəhd edənlərin etiraflarını və əlaqələrin düzgün olmadığı fikrini müdafiə edən Gülən Türkiyəyə ekstradisiyası ilə bağlı ABŞ rəhbərliyinə müraciət edib və “Ərdoğanın istədiyini vermək arzusu başa düşüləndir, ancaq Amerika buna müqavimət göstərməlidir”, deyib.
Beynəlxalq Amnistiya Təşkilatının məhbuslara işgəncə verildiyinə dair iddiaları olduğunu yazan Gülən bu vəziyyəti də ekstradisiya edilməməli olduğuna əsas olaraq göstərib. /Eastnews.org/