Suriyanın Deir az-Zur şəhərində südəmər körpə və anasını güllələyən İŞİD üzvü Muhəmməd Əbdur-Rahman əl-Sabet əl-Kərkəzin dəhşətli cinayətinin fotoları yayılıb.
AranNews, xəbər verir ki, Vəhabi terrorçu iddia edib ki, o silahını təmizlədiyi zaman silahından təsadüf nəticəsində atəş açılıb və körpə ilə anasına tuş gəlib. Amma maraqlıdır ki, hadisə təsadüfən baş veribsə, nə üçün ana ilə körpəyə 5 dəfə atəş açılıb?!Qeyd edək ki, əl-Kərkəz İŞİD terror qruplaşmasının sadiq üzvlərindən olduğu üçün qruplaşma rəhbərliyi də onun dəstəkləyib və bu əməlinə görə onu cəzalandırmayıb. /SizinYol/