Livanın baş naziri Hizbullah məsələsinin gündəmə gəlməsi halında Hizbullahı dəstəkləyəcəyini açıqlayıb.
AranNews-un rasthaber-ə istinadən verdiyi məlumata görə, Ərəb Liqası sammitində iştirak etmək üçün Mavritaniyaya gedən Livanın baş naziri Temmam Salam görüşdə Hizbullah məsələsinin gündəmə gəlməsi halında Hizbullahı dəstəkləyəcəyini açıqlayıb.
"...əgər bu toplantıda Hizbullah məsələsi gündəmə gələrsə, Hizbullah Livanı yaradan əsas faktordur və hökumətin üzvüdür cavabını verəcəyəm. İranın, Ərəb ölkələrinin problemlərinə qarışmaqda günahlandırması və Hizbullahın adının terrorçu qruplar siyahısına alınması mövzularında da diqqətli olacağıq".
Hər il keçirilən Ərəb Liqası sammiti, iyulun 25-də ilk dəfə olaraq Mavritaniyanın Ərəb Birliyinə qoşulması ilə bu ölkədə keçirilir.
İstanbulda keçirilən əvvəlki Ərəb və İslam Əməkdaşlıq Zirvəsində, Ərəbistanı başda olmaqla Fars Körfəzi Ərəb ölkələri, Hizbullah və digər müqavimət hərəkatlarını terror siyahısına almağa çalışmış, lakin İraq, Livan, Əlcəzair və İran kimi bəzi ölkələrin etirazı ilə qarşı-qarşıya qalmışdılar.