Hadisə nəticəsində 2 nəfər olüb və 24 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Arannews- İyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. hadisə nəticəsində ”Araz” zavodunun iki əməkdaşı dünyasını dəyişib.Hadisə nəticəsində 24 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, 2015-ci il iyun ayında da Müdafiə Sənayesi Nazirliyinin Şİrvan şəhərində yerləşən zavodlarından birində partlayış baş vermişdi. Məlumata görə, həmin hadisədə bir nəfər həlak olmuş və 20 nəfər yaralanmışdı.