Tarix : 2016 Jul 27
Kod 49800

Səfir: "İran ilə Azərbaycanın əlaqələri stratejidir"

Möhsün Pakayin: "İran İslam Respublikası və Azərbaycan Respublikası regionun təhlükəsizliyi və stabilliyi ilə əlaqədar əsas məsələlərdə eyni mövqeyə malikdirlər".
Arannews- İranın Azərbaycan Respublikasındakı səfiri Tehran-Bakı əlaqələrinin strateji və inkişafda olduğunu bildirib.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin deyib: Hazırda iki ölkə əlaqələri hər zamankından daha yaxın və səmimidir. Əməkdaşlıqların genişləndirilməsi üçün heç bir maneə yoxdur və demək olar ki, Tehran-bakı əlaqələri strateji əlaqələr hesab olunur. 
Səfirin sözlərinə görə, İran İslam Respublikası və Azərbaycan Respublikası regionun təhlükəsizliyi və stabilliyi ilə əlaqədar əsas məsələlərdə eyni mövqeyə malikdirlər. 
İranın Azərbaycandakı səfiri həmçinin deyib: Regionda üçtərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayır və onun sülh, dostluq, təhlükəsizlik və stabilliyin güclənməsi ilə nəticələnəcəyini hesab edirik.

  • Yazılıb
  • da (də) 2016 Jul 27
  • Göndərən مدير سايت Aran News