Beynəlxalq insan haqları təşkilatları Azərbaycana bu qədər iradlar bildirmələrinə baxmayaraq, İrəvanda Ermənistan vətəndaşlarının insan haqlarının pozulması qarşısında sükut edirlər.
Arannews- Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri beynəlxalq insan haqları təşkilatlarının mövqeyini tənqid edib.Səməd SeyidovSəməd Seyidov Ermənistanda hökumət əleyhinə aksiyaların davam etməsinə toxunaraq deyib: Beynəlxalq insan haqları təşkilatları Azərbaycana bu qədər iradlar bildirmələrinə baxmayaraq, İrəvanda Ermənistan vətəndaşlarının insan haqlarının pozulması qarşısında sükut edirlər.
Səməd Seyidov həmçinin bildirib: Beynəlxalq insan haqları təşkilatlarının sükutunun səbəbi bu təşkilatların erməni lobbisi tərəfindən idarə olunmasıdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ermənistanın həbs və vətəndaşların hüquqlarını tapdaladığını bəyan edərək xatırladıb: Bu ölkədə demokratiya yoxdur.