Arannews- “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü, ilahiyyatçı Zülfüqar Sədrəddin oğlu Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Bu barədə Z.Mikayılovun vəkili Rüstəm Zülfüqarov bildirib.
Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. O, işə yaxın günlərdə baxılacağını deyib.
Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Z. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. İstintaq orqanının verdiyi təqdimat təmin olunub və Z.Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.