Tarix : 2016 Jul 28
Kod 49807

Sağlam nəsil tərbiyəsi Dərbənd məscidlərində

Rusiyanın Dərbənd Came məscidində İslami Maarifi və Quran dərsləri təşkil olunur.


AranNews
, xəbər verir ki, Dərbənd Came məscidinin ruhanisi Hacı Eldar İbrahimov açıqlamasında bildirib ki, hər il yay aylarında yeniyetmə uşaqlar üçün Quran dərsləri təşkil olunur. “Hazırda iki qrupa Quran dərsləri keçirik, hər qrupda 22 şagird (oğlan və qız) iştirak edir”. 
Onun sözlərinə görə, kurslar 2 ay müddətinə davam edəcək. 
E. İbrahimov əlavə edib ki, ümumilikdə Dərbənd Came məscidində Quran dərsləri ilə yanaşı, digər İslami Maarifi dərsləri (Əhkam və Əqaidin əsasları kimi dərslər) təşkil olunur. Bu dərslərdə ümumilikdə 100-ə yaxın yeniyetmə şagird iştirak edir.  
E. İbrahimov deyib ki, bu dərslərin təşkili ilə yay fəslində uşaqların istirahəti və asudə vaxtının səmərəli keçirilməsi ilə yanaşı, eləcə də onların cəmiyyətə faydalı insanlara çevrilməsi, sağlam nəslin tərbiyəsi, onlarda vətənpərvərlik ruhunu yüksəltmək, zorakılıqdan çəkinmək, fikri və əxlaqi cəhətlərdən inkişaf etdirmək üçün çalışırıq. 
O əlavə edib ki, dərslərin sonunda şagirdlərə sertifikatlar verilir və xatirə şəkili çəkilir. /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Jul 28
  • Göndərən مدير سايت Aran News