Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Bəhreyn hakimiyyətini tənqid edib.
AranNews-un verdiyi xəbərə görə, Bəhreyn xalqının 5 ildir dinc şəkildə etiraz aksiyaları keçirdiyini bildirən Şeyx Naim Qasim, hakimiyyətin etirazçılara qarşı təzyiq göstərdiyini qeyd edib.
Bəhreyn hakimiyyətinin insanlara və xalqına qarşı diktatorluq etdiyini vurğulayan "Hizbullah" rəsmisi, ölkədəki məscidlərin tez-tez təhqir olunduğunu və dağıdıldığını sözlərinə əlavə edib.
Şeyx Naim Qasim bildirib ki, Bəhreyn hakimiyyəti iftiralar ataraq insan haqlarını pozur.
Səudiyyə Ərəbistanının Liviyada, Suriyada, Yəməndə və Bəhreyndə baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayan Şeyx Naim Qasim, Səudiyyə Ərəbistanı rəhbərliyini İsrail rejimi ilə əməkdaşlıq etməkdə ittiham edib. "Bəhreyn xalqı dinc mübarizə yolunu seçdi.
Ölkənin diktator kralı isə xalqa qarşı zülm edir. Bu zülm kralın sonu olacaq", deyə Şeyx Naim Qasim bildirib. /Tasnim/