İranın xarici işlər naziri Cavad Zərif Qanaya səfəri zamanı regionda baş verənlərlə bağlı açıqlama verərkən Səudiyyə Ərəbistanını İranfobia təbliğinə görə tənqid edib.
AranNews-un verdiyi xəbərə görə, Afrikaya etdiyi səfərlə bağlı da çıxış edən Cavad Zərif 3 illik fəaliyyəti dövründə ən böyük iqtisadçı nümayəndə heyəti ilə Qanaya gəldiklərini bildirib.
Çıxışının bir hissəsində Səudiyyə Ərəbistanından danışan Cavad Zərif, "Yəməndə uşaqları, qadınları və qocaları öldürən Səudiyyə Ərəbistanı cinayətləri örtbasdır etmək üçün İranfobia yaradır.
Onlar bu layihənin sürətlənməsi üçün maliyyə dəstəyi verirlər", deyə vurğulayıb. /Mehrnews/