Arannews- Bu gün Ali-Səudun Yəməndə törətdiyi əməllər birmənalı olaraq vəhşilikdir. Bu sözləri Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Yəmənin Taiz əyalətinin əl-Sarari kəndində törədilən qətliam və 50-dən çox insanın diri-diri yandırılmasına münasibət bildirərkən deyib. Hacı İlham Əliyev deyib ki, insanların vəhşicəsinə, amansızcasına qanlarını tökmək, atəş vurub diri insanları yandırmaq, heç bir qayda-qanuna sığmayan bir əməldir.
O əlavə edib ki, son illərdə səud hakimiyyətinin törətdiyi cinayətlər, birbaşa mənfur və qəsbkar sionist rejimin törətdiyi əməllərindən heç də fərqlənmir, sadəcə səud hakimiyyəti din adı altında insanların qanını tökərək onlara dözülməz işgəncələr verir.
"Bu gün səud hakimiyyətinin etdiyi əməllər buna şahid və sübutdur ki, bütün İslam ümməti səud rejiminin əleyhinə birləşməli və bu cinayətkar hakimiyyət üçün müvafiq və uyğun ölçü götürməlidirlər. Artıq bu rejimin cinayəti və amansızcasına tökdüyü müsəlman qanı son həddinə çatıb. Olanların qarşısını müsəlman ümmətinin əli ilə, güclü birlik və əzmkarlıqla almaq mümkündür.”
Qeyd edək ki, Yəməndə Səudiyyə rejiminin tərəfdarı olan 130-dan çox muzdlu Taiz əyalətində əl-Sarari kəndinə hücum edərək qətliam törədiblər. Belə ki, onlar 50-dən çox insanı diri-diri yandırıblar.
Bundan başqa qadınlar və uşaqlar da daxil olmaqla 38 nəfər naməlum istiqamətə aparılıb.
Bundan başqa kənddə Camal Addin məscidi partladılıb, qəbirlər dağıdılıb.