BƏƏ-yə aid bir yük gəmisi Fars körfəzi beynəlxalq kodundan istifadə etmədiyi üçün təqsirli bilinərək ölkənin xüsusi iqtisadi bölgəsi İmam Xomeyni limanında İran tərəfindən saxlanılıb.
AranNews-un AranNews-un verdiyi xəbərə görə, Mövzu ilə əlaqədar olaraq Xuzistan Bölgəsi Dənizçilik və Liman Təsərrüfatı Təşkilatının baş direktor müavini Əbutalib Gəraylu bu gün verdiyi açıqlamada beynəlxalq sənədlərdə Fars körfəzinin adının işlədilməsi və bu adın istifadə edilməsinin beynəlxalq qərarlar istiqamətində zəruri olduğuna toxunaraq “Bütün tarixi mənbələrdə Fars körfəzinin adı istifadə edilib və xüsusi iqtisadi bölgə olan İmam Xomeyni limanı nəzarət mərkəzi və sahil təhlükəsizlik katerləri milli və tarixi ad olmadan giriş aparılmasına icazə verilməməsi və bu mühüm məsələyə riayət edilməsi məqsədilə belə bir qərar qəbul edib”, deyə bildirib.
Əbutalib Gəraylu daha sonra sözlərini belə davam etdirib: “Bu idarələrdə BƏƏ şirkətinə aid “Feodora” adında bir yük gəmisi Panama bayrağı ilə Fars körfəzi adı əvəzinə uydurma bir ad istifadə edib. Gəmi idarə və nəzarət mərkəzi tərəfindən həmin limanda dayandırılıb və sənədlərdən istifadə edilən qondarma adın silinməsi ilə bağlı proses başa çatana qədər uzaqlaşdırma davam edəcək”.
Giriş aparan gəmilər tərəfindən Fars körfəzi adının istifadə edilməsi ilə bağlı müvafiq yoxlamalar İran İslam Respublikası qanunları çərçivəsində Gəmi İdarə və Nəzarət Mərkəzi tərəfindən Xuzistandan 110 km məsafədə yerləşən xüsusi iqtisadi bölgə İmam Xomeyni limanında aparılır. /Eastnews.org/