“Nusra Cəbhəsi” və “Nurəddin əz-Zingi” terror təşkilatının 60-a yaxın yüksək rütbəli komandirləri Hələbdən Türkiyə ərazisinə qaçır.
AranNews-un verdiyi xəbərə görə, Suriya ordusu və “Hizbullah” döyüşçülərinin Hələbin şimalında son günlər uğurlu irəliləyişindən sonra “Nusra Cəbhəsi” və “Nurəddin əz-Zingi” terror təşkilatının 60-a yaxın yüksək rütbəli komandirləri Hələbdən Türkiyə ərazisinə qaçır.
Belə ki, yerli mənbələrin verdiyi məlumata əsasən son hadisə Hələbin şimalında yerləşən Bənizeyd rayonunda terrorçuların 16-cı diviziya adlandırdığı silahlı birləşmənin komandiri Əbulxaliq Həyati öz dəstəsini silah sursat və texnikaları döyüş meydanında qoyaraq qaçıb.
Yerli mənbələr Əbulxaliq Həyati ilə yanaşı bir neçə komandirin də qaçıdığını və bu halların davam etdiyini bildirib. /Alalam/