Bəhreyn Prokurorluğu elan edib ki, Şeyx İsa Qasim məhkəmədə iştirak etmədiyi üçün onun məhkəməsi qiyabi olaraq keçirilib.
AranNews, xəbər verir ki, prokurorluq elan edib ki, Şeyx İsa Qasimin məhkəmədə iştirak etməsinə dair çağırış vərəqəsi göndərilsə də, onun oğlu çağırış vərəqəsini almaqdan imtina edib.
Bəhreyn KİV-ləri yazıb ki, məhkəmədə ittiham olunan şəxslərin heç biri iştirak etmədiyi üçün məhkəmənin ayrı bir vaxtda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, ölkədə, xüsusən əd-Dərraz bölgəsində təhlükəsizlik rejimi gücləndirilmiş iş rejiminə keçib. Ayətullah İsa Qasimin evinin olduğu bölgə ciddi olaraq nəzarətə götürülüb. /Maide.Az/