Tarix : 2016 Jul 28
Kod 49816

Ərdoğan ilə Putinin görüşü Avropanı narahat edib

Türkiyənin siyasi kursunda dəyişmə olduğunu yazan Almaniya mediası Ankaranın yönünü Qərbdən Şərqə dəyişdiyini vurğulayıb.
Arannews- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin görüş tarixinin bəlli olması Almaniyanın narahatlığına səbəb olub.
Türkiyənin siyasi kursunda dəyişmə olduğunu yazan Almaniya mediası Ankaranın yönünü Qərbdən Şərqə dəyişdiyini vurğulayıb.
"Şpigel" nəşri isə "Ərdoğanla Putinin görüşü NATO-ya təsir edəcək" başlığında məqalə yayımlayıb. Bəzi alman siyasətçilər Türkiyənin NATO üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulamağı da unutmayıblar.
Qeyd edək ki, Putin və Ərdoğan arasında görüş avqustun 9-da Sankt-Peterburqda baş tutacaq.


  • Yazılıb
  • da (də) 2016 Jul 28
  • Göndərən مدير سايت Aran News