Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində Moskvaya səfər edib.
AranNews, bildirir ki, bu barədə Livanın “Əl-Cümhuriyyə” qəzeti məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.
Nəşr xəbər verir ki, Əsəd Moskvaya İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl gəlib. Xatırladaq ki, Netanyahu və Putin iyunun 7-də görüşüb.
Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunmasını da müzakirə ediblər.
Bu, post-müharibə dövründə Suriyanın qurulması üzrə sazişə əlavə olunmalıdır.
Bildirilir ki, Suriya-İsrail sülh nizamlanmasının əsasını XX əsrin 90-cı illərində ABŞ prezidenti Bill Klintonun irəli sürdüyü təkliflər təşkil etməlidir.