İranda Şəhriyar şerlərində Həzrət Əli (s) sevgisini anlatan kitab nəşr olunub.
AranNews, İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin təşəbbüsü ilə hazırlanan “Şəhriyar şerlərində Mənaqib-e Ələviyyə” adlı kitab insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Kitab Əli Hacı Bülənd adlı yazar tərəfində qələmə alınıb və “Surə-i Mehr” nəşriyyatı tərəfindən nəşr edilib.
İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin Həsən Milani deyib ki, tarix boyu şairlər Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə) və Əhli-Beyt (ə) haqqında şerlər yazıblar, lakin ustad Şəhriyarın Əhli-Beyt (ə) haqqında yazdığı şerlərin fərqli bir yanaşma olub. “
Məhəmməd Hüseyn Şəhriyar həm fars və həmdə Azərbaycan dilində Əhli-Beyt (ə) haqqında müxtəlif şerlər yazıb ki, onlardan ən tanınmışı “Əli Ey humayi rəhmət” şeridir. Şeirin əsli farscadır. Bizim sizə təqdim etdiyimiz həmin şerin tərcüməsidir.
Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı
O huma ki, sayəsində edər hifz masəvanı
Könül, istəsən Xudanı biləsən, Əlini yad et
Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı
İki dünyada fənadan bir əsər belə tapılmaz
Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı
Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm
Qəzəb atəşində yoxsa külə döndərər cahanı
Gedib ey yazıq dilənçi qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı
Əlidən savayı kimdən hələbir uşaq doğulmuş
Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı
Edər əhdi dosta qurban verə var-yoxunu dostlar
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı
Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır
Çağırım nə adla bilməm şəhi mülki lafətanı
Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət
Onun astanından al, gəl mənə xaki tutiyanı
O ümidlə ki, ayağın tozunu ziyarət etsin
Qapına ürək sözümlə yola salmışam səbanı
Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı
Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə
Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı
Gecə sübhətək ümidim bunadır səhər nəsimi
Verə aşina həyamı, edə şad aşinanı
Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı