İşqalçi sionist rejim, “Nusra Cəbhəsi” terrorçuları ilə müttəfiqlərinə Suriya ordusu və şəhərlərin mərkəzlərinə hücumlarını artırmalarını istəyib.
AranNews-un verdiyi xəbərə görə, İsrail işğal altındakı Qolan təpələrində, Dəməşq bölgəsində, Quneytıra və Dəranın qərbində yerləşən “Nusra Cəbhəsi” terrorçuları ilə müttəfiqlərinə Suriya ordusu və şəhərlərin mərkəzlərinə hücumlarını artırmalarını istəyib.
Mənbə həmçinin bunları bildirib: "İsrail bu rayonların sakinlərini boşaltmaq və bu əraziləri terrorçuların məkanı görmək istəyir. Quneytıra və Qolan təpələrində baş verən son hadisələr terrorçuların bu bir neçə cəbhədə yeni hücumlara başlayacağı xəbərini verir.
“Nusra Cəbhəsi” terror təşkilatı Quneytırada yerləşən Hamidiyyə, Bərqıyyə, Bir Əcəm və Məshərə şəhərləri olmaqla bir neçə bölgəyə yönəldi və açıq-aşkar silah daşıyan zirehli maşınlarını bu bölgəyə yerləşdirdilər. Quneytırada yerləşən əl-Bəəs, Xan Ərneb və Xızır şəhərləri son zamanlar terrorçuların hücumlarına şahid olub. Terrorçuların əl-Bəəs şəhərinə təşkil etdiyi təcavüzdə bir ailənin üzvələri həyatını itirib.
Terrorçu qruplar eyni zamanda Tel əl-Bəzaq və Təl Kərum Cəba bölgələrinə də təcavüz ediblər, amma bu hücum Suriya ordusu tərəfindəndəf edilib.
Terrorçu qrupların hücumlar İsrail vertolyotlarının Quneytıradakı hərbi kompleksə hücumları ilə birlikdə baş verib”. /Tasnim/