Hizbullah Hərəkatının Baş katibi bildirir ki, bu gün ərəb dünyası ən pis vəziyyətdədir.
AranNews, “Presstv”-yə istinadən xəbər verir ki, H.Nəsrullah deyib ki, ərəb dünyasında vəziyyət böhran həddinə çatıb və ərəb ölkələri zəiflədilib. “Ərəb rejimləri Fələstin məsələsini ikinci dərəcəli məsələ kimi görür. Ərəbistan özünü İslam, Quran və Peyğəmbər torpağının nümayəndəsi görürsə və sonra ərəbistanlı rəsmilər və generallar Səud rejiminin icazəsi və razılığı ilə İsrailə səfər edirsə, sionist düşmənlə açıq şəkildə əlaqələr qurursa, İsraili rəsmiyyətə tanıyırsa, deməli biz böyük dini və mədəni faciənin astanasındayıq.”
H.Nəsrullah deyib ki, bu məsələ Ərəbistanı özlərinə “nümun”ə götürən ölkələr üçün bəhanə olacaq. “Hər bir şəxs işğal olunmuş ərazilərə səfər edərsə və İsraili rəsmiyyətə tanıyarsa, iordaniyalı, misirli, suriyalı və s. hər kim olursa olsun onların bu hərəkətləri Ərəblər tərəfindən psilənilməlidir”.
H.Nəsrullah deyib ki, Ərəbistan heç bir şərt olmadan İsraillə əlaqələr qurmaqdadır. “Lakin Ərəbistana müzakirə etmək üçün əlini uzadan Bəhreynlilərə, Yəmənlilərə və İraqlılara təslim olmaq şərti irəli sürür”.
Hizbullah baş katibi Səudiyyə Ərəbistandan istəyib ki, həqiqətləri görsün və gözlərini kor etmiş hegemonluq və nifrətdən uzaqlaşaraq bəhreynlilər, suriyalılar, yəmənlilər və iraqlılarla müzakirə etsin.
H.Nəsrullah Bəhreyndə Ali Xəlifə rejiminin repressiv hərəkətlərinə toxunub və bildirib ki, bir neçə gün öncə Bəhreynlilər Şeyx İsa Qasimin məhkəməsinin əleyhinə mitinq etdilər və Ali Xəlifə rejiminin axmaq hərəkətinin qarşısını aldılar.
“Bəhreyn rejimi yalandan əmanətçilikdə ad qazanmış Şeyx Qasimi çirkli pulların yuyulmasında ittiham edir. Bu onların iflasının göstəricisidir“.