Tarix : 2016 Jul 31
Kod 49830

Gəncədə xəzəryanı ölkələrin birgə media iclası keçirilib

bu iclasda İran, Azərbaycan, Rusiya və Qazaxıstanın media nümayəndələri xüsusən Xəzər dənizinin bioterrorizminə diqqət, zorakılıq və terrorçuluqla mübarizə üzrə media əməkdaşlıqlarının genişləndirilməsi sahəsində fikir mübadiləsi aparıblar.
ARANNEWS- Azərbaycan Respublikasının Gəncə şəhərində xəzəryanı ölkələrin birgə media iclası keçirilib.
bu iclasda İran, Azərbaycan Respublikası, Rusiya və Qazaxıstanın media nümayəndələri xüsusən Xəzər dənizinin bioterrorizminə diqqət, zorakılıq və terrorçuluqla mübarizə üzrə media əməkdaşlıqlarının genişləndirilməsi sahəsində fikir mübadiləsi aparıblar.
İranın TeleRadio Təşkilatının Gilan mərkəzinin baş müdiri Əli Tolui bu iclasda iştirak edib. O, öz çıxışında İranın media fəaliyyətlərini şərh edərək, bu iclasın keçirilməsini xəzəryanı ölkələrin medialarının ucuz media məhsullarına nail olmaq üzrə çoxtərəfli media həmkarlıqları, ekologiya və mədəniyyət ortaqlıqlarına diqqətdə mühüm adlandırıb.
İclasın davamında Azərbaycan Respublikası, Rusiya və Qazaxıstanın media nümayəndələrindən hər biri media əməkdaşlıqlarının genişləndirilməsi sahəsində öz təkliflərini təqdim ediblər. Sonda iştirakçılar tərəfindən altı bəndlik əməkdaşlıq üzrə anlaşma sənədi imzalanıb.
Bu anlaşma sənədində iştirakçılar iclasın gələcək proqramlarını açıqlayaraq, Xəzərin ekologiysına diqqət, mədəni siyasətlərin gücləndirilməsi və media istehsalı məhsullarının mübadiləsi sahəsində həmkarlıqların genişləndirilməsini vurğulayıblar.
Bu iclas xəzəryanı ölkələrin 3-cü illik birgə media iclası idi və Qazaxıstan və Rusiya ötən iki ildə bu iclasın təşkilatçıları olublar.
İclasda qərara alındı ki, növbəti iclas Qazaxıstanda keçirilsin.


  • Yazılıb
  • da (də) 2016 Jul 31
  • Göndərən مدير سايت Aran News