Tarix : 2016 Jul 31
Kod 49832

nazir: "Azərbaycan enerji sisteminin Rusiya və İranın enerji sistemlərinə qoşulmasına hazırdı"

Natiq Əliyev: "Regional həmkarlığın gücləndirilməsi istiqamətində atılan addımlar enerji və digər sahələrdə müxtəlif layihələrin reallaşması üçün fürsət yaradır"
ARANNEWS- Azərbaycan Respublikasının energetika naziri bu ölkənin enerji sahəsində İranla həmkarlıqları genişləndirməyə çalışdığını vurğulayıb.
Natiq Əliyev son aylarda Bakı-Tehran əməkdaşlıqlarının genişləndiyini vurğulayaraq, deyib: Azərbaycan Respublikası öz müstəqil siyasəti ilə enerji sahəsində və İranın maraqlarına uyğun olaraq, enerji əməkdaşlığının genişlənməsi üçün yaxşı zəmin yarada bilər.
N.Əliyev həmçinin Azərbaycan Respublikasının öz enerji sisteminin Rusiya və İranın enerji sistemlərinə qoşulmasına hazır olduğunu bildirərək, deyib: Regional həmkarlığın gücləndirilməsi istiqamətində atılan addımlar enerji və digər sahələrdə müxtəlif layihələrin reallaşması üçün fürsət yaradır.
Natiq Əliyev sonda Rusiya, Azərbaycan Respublikası və İran arasında enerji dəhlizinin yaradılması istiqamətindəki siyasi və texniki durumu qənaətbəxş adlandırıb.


  • Yazılıb
  • da (də) 2016 Jul 31
  • Göndərən مدير سايت Aran News