Qərara əsasən Milli Müdafiə Nazirliyinin tərkibində Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universiteti ləğv edilən ali hərbi məktəblərin bazasında formalaşdırılacaq.
ARANNEWS- Türkiyədə ali hərbi məktəblər və liseylər bağlanıb.bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc olunub.
Qərara əsasən Milli Müdafiə Nazirliyinin tərkibində Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universiteti ləğv edilən ali hərbi məktəblərin bazasında formalaşdırılacaq.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ali hərbi məktəblərin və hərbi liseylərin bağlanacağını açıqlamışdı.