Türkiyənin “İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
ARANNEWS- Türkiyədə NATO-nun istifadəsində olan “İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.hərbi obyektin giriş-çıxışı bloklanıb.
Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.
“Haber Turk” aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və “İncirlik” aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub.