Çin və Rusiya Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirəcək.
ARANNEWS- Rusiya və Çin sentyabrda Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirəcək.Bunu jurnalistlərə açıqlamasında Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yanq Yujun söyləyib.
Qeyd edək ki, Çin və Rusiya 2012-ci ildən bu yana hər il birgə hərbi dəniz təlimi keçirirlər. Keçən il bu təlim Yapon dənizində baş tutub. O zaman təlimə 22 gəmi, 20 təyyarə, 40 hərbi texnika və 5000 hərbçi qatılmışdı.