AranNews, BƏƏ rəsmi informasiya agentliyinə istinadən xəbər verir ki, İslam ölkələri xarici işlər nazirlərinin 34-cü toplantısına hazırlıq iclasında Fətullah Gülən qrupunun terrorçu qruplaşmalar siyahısına salınmasının müzakirəsi ABŞ və Ərəbistan hökumətlərində nigarançılıq yaradıb.
ABŞ xarici işlər naziri Con Kerri ilə Ərəbistan xarici işlər naziri Adil Əl-Cübeyr arasında telefon danışığında da bu nigarançılıq öz əksini tapıb.