AranNews, xəbər verir ki, Böyük şiə fəqihi buyurub: Ərəb dünyası fitnə və təfriqələrdən yorulub. Bu gün insanlar danyada baş verən hadisələrə münasibətdə daha agahdır. Müsəlmanların dini, kitabı, peyğəmbəri bir olsa da müxtəlif məzhəb və firqələrə bölünüblər. Diqqətlə baxanda bu fitnə arxasında böyük dövlətlərin dayandığını görürük.
Yasir Əl-Həbib adlı biri Londonda, İngiltərənin himayəsi ilə məzhəblər arasında təfriqə salır, şiə və sünnilərin münasibətlərini gərginləşdirir. “Zəhraya işgəncələr” adlı film çəkmək istəyən bu adamın məqsədi təfriqədir və biz elan edirik ki, həmin filmin şiə məzhəbinə heç bir aidiyyatı yoxdur.