Ötən gecə Rusiya Hərbi Kosmik Qüvvələri Hələbin şimalında terrorçuların mövqelərini bombardman edib.
AranNews-un verdiyi xəbərə görə, Aviazərbələr “Fəth əl-Hələb” terror qruplaşaması və digər terrorçuların yerləşdiyi Ənand düzənliyinə, Ətarib, Kəfr Həmra, Hreytan və Həyyan yaşayış məntəqələrinə endirilib.
Rusiya Hərbi Kosmik Qüvvələri Hələbin şimalında terrorçuları bombardman etdiyi zaman Suriya ordusu Hələbin şimalında yerləşən Kəfr Həmraya doğru irəliləməyə başlayıb. Suriya ordusu bu rayonda yaxın günlərdə yeni əməliyyatın başlanacağını bildirib. /Almasdarnews/