Tarix : 2016 Aug 01
Kod 49844

səfir: "Naxçıvan-Məşhəd qatarı payız aylarında istifadəyə veriləcək"

İlk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.
Arannews- Məşhəd-Bakı-Məşhəd və Şiraz-Bakı-Şiraz təyyarə reyslərinin açılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
Cari ilin payızında bu reyslərlə ilk azərbaycanlı turistlərin Məşhəd və Şiraz şəhərlərinə səfərləri təşkil olunacaq.  
İlk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.
M. Pakayin qeyd edib ki, hazırda Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi davam edir. Bu körpü hər iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Tehran-Bakı-Tehran təyyarə reysi istifadəyə verilib.  

  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News