Tarix : 2016 Aug 01
Kod 49845

Ermənistanda fövqəladə vəziyyət

Bütün maşınlar, piyadalar yoxlanılır və ən ciddi yoxlamalar.
Arannews- Ermənistanin paytaxtı  Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir. Bütün maşınlar, piyadalar yoxlanılır. Ən ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.
Ələ keçirilmiş polis binasının (Post Patrul Xidməti) ətrafında vəziyyət gərgin olaraq qalır. Hərçənd, ərazidə zirehli texnikaların və polislərin sayı da azaldılıb. 
Erməni mənbələri məlumat yayır ki, PPX ərazisində ardıcıl partlayışlar baş verir. Lakin bunun səbəbi barədə məlumat yoxdur.


  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News