Tarix : 2016 Aug 01
Kod 49846

İngiltərəli siyasi Ərəbistanın hərbi cinayətlərini hədəfə aldı

Səudiyyə Ərəbistanının hərbi cinayətləri dünya miqyasında gündəmi tutan məsələlərdəndir.
AranNews, “SizinYol.com”-a istinadən xəbər verir ki, İngiltərənin siyasi məsələlərdə parlament üçün müşavir vəzifəsini yerinə yetirən International Development Committee adlı komitəsinin rəisi Stephen Twigg ölkənin xarici işlər naziri Boris Johnson-a müraciət edib. Twigg Ərəbistanın Yəməndə hərbi cinayətlərinin araşdırılması üçün Johnson-dan kömək istəyib.
Bu elə bir vaxtda baş verir ki, London cari ildə Ərəbistana 530 milyon funtluq silah-sursat verməlidir. Komitə rəisi Yəmən xalqına qarşı cinayətlərə münasibətdə İngiltərənin öz siyasətlərini yenidən nəzərdən keçirməsini istəyib.
  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News