Tarix : 2016 Aug 01
Kod 49847

İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb

Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb.
Arannews- İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb.
imzalanmış müqavilə 4 ay müddətinə qüvvədə olacaq və ümumilikdə İrandan Gürcüstana 40 milyon kubmetr qaz ixrac olunacaq.
Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. 
GIEC şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb, baş ofisi Tbilisidə yerləşir. Şirkət sənaye müəssisələrinə qaz tədarükü və enerji daşıyıcılığı və istehsalı sahəsində fəaliyyət göstərir.



  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News