Tarix : 2016 Aug 01
Kod 49848

Bəşər Əsəd təslim olan terrorçulara amnistiya verib

Suriya prezidenti Bəşər Əsəd silahı yerə qoyacaq bütün terrorçular üçün amnistiya haqqında fərman imzalayıb.
AranNews, “SalamNews”-a istinadla xəbər verir ki, Ədalətdən gizlənən silahlı şəxslər təslim olarlarsa və silahlarını səlahiyyətli məhkəmə orqanlarına və ya polisə bu fərman verildiyi müddətdən üç ay ərzində təhvil verərlərsə, məsuliyyətdən azad ediləcəklər.", - Agentlik fərmanın mətnindən sitat gətirib.
B.Əsəd amnistiya elan etmək niyyətini ötən gün açıqlayıb.
Bundan dərhal sonra Hələb şəhərində mühasirəyə düşən terrorçuların bir hissəsinin hökumət qoşunlarına təslim olmağa hazır olduqları məlum olub. 
Söhbət aralarında əcnəbi muzdluların da olduğu yüzlərlə insandan gedir.
Qeyd edək ki, amnistiya yalnız Suriya vətəndaşlarına şamil ediləcək.
  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News