Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər bütün özünə qarşı olan təhqirlər səbəbilə etdiyi şikayətlərini geri götürdüyünü açıqlayıb.
AranNews-un verdiyi xəbərə görə, Ərdoğan Beştəpə Konqres Mədəniyyət Mərkəzinin açılışında etdiyi çıxışında, "Bir milad kimi, bu ana qədər mənə hər cür hörmətsizliyi, təhqiri edənləri bağışlayıram", - deyib. 15 iyul dövlət çevrilişi cəhdindən sonra Qərbin davranışını tənqid edən Ərdoğan bunları söyləyib: "Qərbdən bəziləri bizə ağıl verir ki, keçmiş olsun. Amma sonra "bu kənarlaşdırmalara görə narahatıq" deyirlər.
Siz işinizlə məşğul olun.
Mənim ölkəmdə çevriliş olacaq və mənim ölkəmdə 237 şəhidim, 2191 yaralımız olacaq, bir dəfə başsağlığı verəcək sonra 9 nəsihət verərək. O ağlı özünə saxla". /BBC/