Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə terrorçulara sarsıdıcı zərbələr endirməyə davam edir.
AranNews-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Suriya ordusu terrorçuların Dəməşq ətrafında yerləşən mühüm strateji dayaq bazasını məhv ediblər.
Terroçular bu bazadan silah və dayaq qüvvə ilə təmin olunurdular.
Qeyd edək ki, bundan əvvəl Suriya hökuməti Hələbdə terrorçulara silahı yerə qoymağı təklif edib. Bunun əvəzində silahı yerə qoyan terrorçular əfv olunacaqlar. /Deyerler.org/