Türkiyə xarici işlər naziri Mövlud Çavuşğolu cümə axşamı günü Ərəbistan xarici işlər naziri Adil Əl-Cübeyrlə telefon söhbətində Riyazın Misirə milyardlarla dollar yardımından narahatlığını bildirib.
AranNews, SizinYol.com-a istinadən xəbər verir ki, Çavuşoğlu Ərəbistanla tarixi əlaqələri yada salaraq vurğulayıb ki, Türkiyədə təhlükəsizliyə qarşı olan qüvvələrlə münasibətlərə yenidən baxılması lazımdır. Çavuşoğlu Misir prezidenti Əl-Sisinin Türkiyədə çevriliş cəhdinə müsbət reaksiyasından dolayı deyib: Misirin hazırkı rejimi silah və zor gücünə hakimiyyəti ələ keçirib. Şübhəsiz ki, bu hökumət Ərəbistanın yardımlarını da başqa ölkələrdə demokratiyaya qarşı xərcləyəcək.