Pakistanda Gülənə məxsus 26 məktəb, mədəniyyət və ticarət mərkəzləri ilə bağlı tədbir görmək haqda qərar qəbul edib.
Arannews- Pakistan Fətullah Gülən məktəblərinin Türkiyəyə təhvil verilməsini müzakirə edir.hökumət FETÖ terror təşkilatının geniş yayıldığı Pakistanda Gülənə məxsus 26 məktəb, mədəniyyət və ticarət mərkəzləri ilə bağlı tədbir görmək haqda qərar qəbul edib.
FETÖ terror təşkilatının Pakistanda 21 ildir fəaliyyət göstərdiyi və ona məxsus qurumlarda 11 mindən artıq tələbənin təhsil aldığı bildirilir.
Məhz tələbələrin təhsilsiz qalmaması üçün məktəblərin bağlanması yox, Türkiyə Təhsil Nazirliyinə təhvil verilməsi məsələsi müzakirə olunur.