Tarix : 2016 Aug 01
Kod 49858

Bəkir Bozdağ: "Gülən üçüncü bir ölkəyə qaçmaq üçün axtarışdadır"

Türkiyənin Ədliyyə naziri: "Türkiyə olaraq biz ABŞ-dan Gülənin ekstradisiyasını istəyirik. Çünki etdiklərinin hesabını verməlidir".
Arannews- Fətullah Gülən başqa bir ölkəyə qaçaq yolla gedərsə, bu, ABŞ-ın icazəsi ilə olacaq.
bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 
Nazirin sözlərinə görə, Gülənin üçüncü bir ölkəyə qaçmaq üçün yollar axtardığına dair mühüm kəşfiyyat məlumatları var:
 “Bizə gələn məlumatlara görə, Gülən hazırda ABŞ-dadır. Amma üçüncü bir ölkəyə qaçmaq üçün axtarışdadır. ABŞ izn verməsə, heç yerə qaça bilməz. Oradan ayrılıb başqa bir ölkəyə qaçaq yolla gedərsə, bu, ABŞ-ın icazəsi ilə olacaq. ABŞ Türkiyədə çevriliş təşəbbüsünü gerçəkləşdirmiş birisinin, dünyanın günlərdir danışdığı bir adamın xəbərsiz qaçıb getməsini açıqlasa, buna bütün dünya gülər. Türkiyə olaraq biz ABŞ-dan Gülənin ekstradisiyasını istəyirik. Çünki etdiklərinin hesabını verməlidir”.


  • Yazılıb
  • da (də) 2016 Aug 01
  • Göndərən مدير سايت Aran News