Fransada bir keşişin kilsəyə hücum edən İŞİD tərəfindən öldürülməsindən sonra Avropada keçirilən həmrəylik aksiyalarına İtaliyadakı müsəlman cəmiyyətləri də qoşulub.
AranNews, xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Normandiya bölgəsində xidmət edən bir keşişin kilsəyə hücum edən İŞİD terrorçuları tərəfindən öldürülməsindən sonra Avropa miqyasında keçirilən həmrəylikaksiyalarına İtaliyadakı müsəlman cəmiyyətləri də qoşulub.
Fransa İslam Şurasının müsəlmanların bazar günü ayinində iştirak etməsi çağırışına dəstək verən İtaliyadakı müsəlmanlar paytaxt Roma ilə yanaşı, Neapol və Milan kilsələrindəki bazar günüayinlərində iştirak ediblər.
İtaliya İslam Konfederasiyası bununla bağlı açıqlama da verib: "Tanrının evində öldürülən keşiş Hamel üçün başsağlığı vermək, terrora qarşı birlik mesajını çatdıqmaq və xristian dininin müqəddəs məkanları və din alimlərinə hörmət əlaməti olaraq burada iştirak edirik".
İtaliya xarici işlər naziri Paolo Gentiloni də müsəlmanların kilsələrdəki bazar günüayinində iştirakı ilə bağlı Twitter-dəki səhifəsindən açıqlama verərək, radikalizmə qarşı göstərdikləri cəsarətə görə, İtaliya müsəlman cəmiyyətinə təşəkkürünü bildirib.