Hindistan polisi Kəşmirdə mitinq iştirakçılarına hücum edərək şiə ruhanilərdən birini həbs edib.
AranNews, xəbər verir ki, Kəşmirin Badğam bölgəsində mitinq iştirakçılarına hücum edən polis şiələrin Dini Birlik partiyasının lideri Seyid Həsən Musəvi Səfəvini həbs edib.
Qeyd edək ki, Hindistanın Kəşmir bölgəsində yaşan əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Burada həm sünni və həmdə şiələrlər məskunlaşıb. Son günlər bölgədə gərginlik artıb və xeyli sayda insan həyatını itirib və ya yaralanıb.
Kəşmir Hindistan və Pakistan arasında yerləşir və bu iki ölkənin fikir ayrılıqları və yürütdüyü siyasətlərin qurbanına çevrilib.
Pakistan Hindistandan ayrılan dövrdən əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Camo-Kəşmir bölgəsi ilə bağlı Pakistan və Hindistan arasında söz-söhbətlər başlayıb.
Bu iki ölkə dəfələrlə Kəşmir bölgəsinə dair sülh danışıqları keçirəcəklərini bəyan etsələrdə, görünən odur ki, Hindistan müzakirələrə maraq göstərmir. /Maide.Az/