sionist rejimin "Haaretz" qəzeti, bir insan haqları təşkilatına istinadən elan edib ki, 2014 -cü ilin yayında işğalçı rejimin Qəzzaya təcavüzü nəticəsində gündəlik 10 fələstinli uşaq qətliam olunub.
AranNews, Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Rəsmi statistikaya görə, 2014-cü ildə sionist rejimi Qəzzaya hücumu nəfticəsində 546 fələstinli uşaq şəhid olub.
Məlumatda bildirilir ki, bu uşaqların əksəriyyəti hava hücumları və ya sionist rejim topxanalarının açdığı atəş nəticəsində şəhid olublar.
Yazıda həmçınin bildirilir ki, hazırda 90 min qəzzalı evsizdir və onlar 2 ildir ki, dağıdılmış evlərdə yaşayırlar.