Tarix : 2016 Aug 02
Kod 49868

Suriyada Rusiya helikopteri vurulub

Göyərtədə olan rusiyalı hərbçilərin taleyi araşdırılır.
AranNews, xəbər verir ki, «Mi-8 hərbi-nəqliyyat heklikopteri avqustun 1-də İdlib əyalətində Hələb şəhərinə humanitar yardım çatdırdıqdan sonra Xmeymim aviabazasına qayıdarkən yerdən vurulub», - deyə Rusiya hərbi qurumu bəyan edib.
Müdafiə Nazirliyindən bildirilib ki, vurulmuş Mi-8 helikopterinn göyrətdəsində 3 heyət üzvü və 2 zabit olub.
Suriyada terrorçular Rusiyaya məxsus Mi-8 helikpterin qəzaya düşdüyü yerin videosunu yayıblar. Kadrlarda vandalların hərbçilərin cəsədlərini necə təhqir etdikləri aydın görünür.
Xatırladaq ki, bu gün göyərtəsində 3 heyət üzvü və 2 zabitin olduğu Rusiya helikopteri Hələbdə vurulub. Rusiya Müdafiə Nazirliyi onların taleyindən xəbəri olmadıqlarını bəyan edib. /bbc.com/










  • Yazılıb
  • da (də) 2016 Aug 02
  • Göndərən مدير سايت Aran News