Rusiyanın tərkibində olan Dağıstan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları İŞİD terror qruplaşmasının bu Respublika üzrə lideri Kəmaləddin Kazımaqomedovu məhv etməyə müvəffəq olub.
AranNews-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən terrorçu və onun silahdaşları onlarla mülki vətəndaşı qətlə yetirib. Həmin terrorçu Suriyada hökumət qüvvələrinə qarşı vuruşduqdan sonra, Dağıstana qayıdıb.
26 yaşlı terrorçu hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb və cavab atəşi ilə məhv edilib. Terrorçunun evində xeyli sayda silah-sursat aşkar edilib. /Deyerler.Org/