İranın Ciddədəki baş konsulluğu bu ilki həcc mərasiminə İrandan karvan göndərilməyəcəyini açıqlayıb.
AranNews, Farsnews-a istinadən xəbər verir ki, İranın Ciddədəki baş konsulluğunun müvəqqəti işlər üzrə vəkili Abdullah Sohrabi regionda baş verən proseslərə işarə edərək, çox təhlükəli dönəmi geridə buraxdıqlarını bildirib.
Sohrabi açıqlamasında, bu gün Livanın sionist İsrail rejimilə mübarizənin ön cəbhəsi, İranın bu mübarizənin bayraqdarı və Suriyanın isə vektoru olduğunu vurğulayıb.
Həcc məsələsinə də toxunan Sohrabi, bu il həcc vacibatına İrandan karvan göndərilməyəcəyini deyərək, belə danışıb: "Çünki Səudiyyə rejimi çox təhlükəli planlar hazırlamaqdadır".