Tarix : 2016 Aug 03
Kod 49872

Ukrayna prezidenti İrana səfər edəcək

Bu barədə Ukraynanın Tehrandakı səfiri Sergey Bordilyak məlumat verib.
ARANNEWS- Ukrayna prezidenti 20 ildən sonra ilk dəfə İrana səfər edəcək.
bu barədə  Ukraynanın İrandakı  səfiri Sergey Bordilyak  məlumat verib.
O səfərin dəqiq vaxtını açıqlamasada hazırda bu istiqamətdə hazırlıq işlərinin getdiyini deyib. 
S.Bordilyak müsahibəsində  Ukrayna şirkətlərinin İranla  təyyarə istehsalı,  vertolyotların saxlanılması, yük daşımaları, tranzit və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 
səfir deyib ki, Ukrayna və İran arasında viza rejiminin sadələşdirməsi məsələsi ilə bağlı səylər göstərilir. Gələn ay Ukraynanın Xarici İşlər Nazirnin  müavini  Tehrana səfər edəcək və bu səfərdə viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunacaq.
S.Bordilyak  İran və Ukrayna arasında cari ilin ilk altı ayı ərzində 210 milyon dollar olub ki, bu 2015-ci illə müqayisədə 35 faiz azalmanın olduğunu göstərir. 
O İran və Ukrayna şirkətlərinin  dəmir yolu layihələrində birgə işləməsi ehtimalından danışıb və Ukrayna şirkətlərinə təklif olunan İran dəmir yolu layihələrinin  10 milyard avro dəyərindədir.  “Yaxın vaxtlarda Ukraynanın iki şirkəti onlardan Xarkof vaqon istehsalı şirkəti və İranın  “Kursvaqon” və “Parsvaqon” şirkətləri İranda fəaliyyətləri artırmaq üçün müştərək şirkət təsis edəcək”



  • Yazılıb
  • da (də) 2016 Aug 03
  • Göndərən مدير سايت Aran News