Fələstinli Qruplar Koalisiyası tərəfindən İran əleyhinə qüvvələrin liderilə görüşən Mahmud Abbas tənqid edildi.
AranNews-un verdiyi xəbərə görə, ötən axşam yazılı açıqlama verən Fələstinli Qruplar Koalisiyası Fələstin dövlət başçısı Mahmud Abbasın Fransanın paytaxtı Parisdə İran İslam İnqilabı düşməni terrorçu münafiqlər təşkiları lideri Məryəm Rəcəvi ilə görüşməsini sərt tənqid edərək, bunun Səudiyyənin istəyilə müqavimət və İrana qarşı atılmış bir addım olaraq xarakterizə edib.
İranın Fələstin və müqavimətə yardımlarının xatırladıldığı bu açıqlamada münafiqlər terror təşkilatı lideri ilə Mahmud Abbasın görüşünün müqavimət düşmənlərinin əmri ilə reallaşdığı və bunun Fələstin iddiasına əhəmiyyətli zərbə endirdiyi qeyd edilib. /ParsToday/