Tarix : 2016 Aug 03
Kod 49875

Ərdoğan: "Türkiyə AB ilə miqrant razılaşmasını ləğv edə bilər"

Avropa Birliyi Türkiyə vətəndaşlarının vizasız gediş-gəliş məsələsini yubatmamalıdır.
ARANNEWS- Türkiyə Avropa Birliyi (AB) ilə əldə olunan miqrant razılaşmasını bitərəfli qaydada ləğv edə bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, AB Türkiyə vətəndaşlarının vizasız gediş-gəliş məsələsini yubatmamalıdır:
 “Viza sərbəstliyi tətbiq olunacağı halda miqrantlar geri göndəriləcəkdi. Bu olmasa, Türkiyə miqrantların geri qayıdışını dayandıracaq. Türkiyəyə Avropaya getməyə çalışan miqrant sayının azaldılması qarşılığında saxladığı miqrantlar üçün maddi vəsait, AB üzvlük məsələsinin sürətləndirilməsi və vətəndaşların Şengen bölgəsində vizasız səyahət sözü verilib”.


  • Yazılıb
  • da (də) 2016 Aug 03
  • Göndərən مدير سايت Aran News